Gəncədə zəncirvari qəza – 4 NƏFƏR XƏSARƏT ALDI

  • By admin
  • 28 May 2021 21:46

Gəncədə 5 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

“VAZ-2107”, “VAZ-21015”, “Nissan”, “VAZ-21099” və “GAC” markalı avtomobillərin iştirakı ilə baş vermiş zəncirvari avtomobil qəzasında 4 nəfər xəsarət alıb. Xəsarət alanlar 1983-cü il təvəllüdlü Ramin İsmayılov, 1983-cü il təvəllüdlü Ramiz İsmayılov, 1980-ci il təvəllüdlü Ramiz Qurbanov və 1985-ci il təvəllüdlü Çingiz Məmmədovdur. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır .

Gununsesi.info