Gəncədə yol qəzası

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, şəhər sakini, 1986-cı il təvəllüdlü A.Alsanovu yolu qarşı tərəfə keçmək istəyən zaman avtomobil onu vurub.

O, aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info