
Bir müddət öncə Göygöl rayonunda yol qəzasına düşən Gəncə şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi Qubat Qasımov həyatını itirib.
Gununsesi.info-nun xəbərinə görə, polis mayoru gecə saatlarında Gəncə şəhərində müalicə aldığı özəl xəstəxanalardan birində həyatını itirib.
Məlumat üçün bildirək ki,Qubat Qasımov həm də qazi atası idi.
Onun övladı 44 günlük Vətən müharibəsində iştirak edib.