
Gömrük Komitəsinin daha bir generalı tutulub.
Gununsesi.info xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində gömrük xidmətinin əməliyyat və istintaq baş idarəsinin general-mayoru Rəsulov Məsum Eynalı oğlu saxlanılıb.
Qeyd edək ki, Rəsulov Məsum Eynalı oğlu 1974-cü ilin iyun ayının 21-də anadan olub.
O, 2006-cı ildən gömrük sistemində çalışır.
Xatırladaq ki, bir müddət əvvəl də DGK-də əməliyyatlar aparılmışdı.
Əməliyyatlar nəticəsində Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev, Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərov, “Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilov da saxlanılıb.
Gununsesi.info