
İzmirdə Sıla Hepşenli adlı gəlin zinət əşyaları və gəlinlik paltarı ilə xəstəxanaya aparılıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, reanimasiyaya yerləşdirilən gənc qadının dərman qəbul edərək, intihara cəhd etdiyi iddia olunub.
Hadisə ilə bağlı istintaq davam edərkən, polis bəy və ailəsinin ifadələrini alacaq.
Polis reanimasiyada müalicə olunan Sıla Hepşenli ilə evlənən bəy və ailəsi ilə əlaqə saxlamağa və məlumat almağa çalışıb.
Bir müddət sonra reanimasiyadan çıxan gənc qadın intihar iddialarını rədd edərək, “Toyda həddindən artıq spirtli içki qəbul etdikdən sonra psixiatrın yazdığı dərmanlardan istifadə etdiyim üçün xəstələndim” deyib.
Gununsesi.info