Fransızlar Makrondan narazıdırlar – SORĞU

  • By turana
  • 20 Dekabr 2020 16:13

Prezident Emmanuel Makron və Baş nazir Jan Kasteksin reytinqi düşüb.

 

Xarici KİV-lərdə yer alan məlumata görə, bu barədə İctimai Rəy Tədqiqat İnstitutunun (IFOP) ölkədə apardığı sorğunun nəticəsində məlum olub.

 

Fransız mətbuatı aparılan onlayn rəy sorğusunda 18 və yuxarı yaş qruplarından olan 1 936 nəfər iştirak edib. Sorğu zamanı populyarlıq və hökumətdən məmnuniyyət araşdırılıb.

 

Belə ki, fransızların 60 faizi yeni növ koronavirus (COVID-19) səbəbilə karantində olan Prezident Emmanuel Makrondan və 59 faizi isə Baş nazir Jan Kasteksdən razı deyil.

Gununsesi.info