Fransadan Türkiyə qərarı: "Qırmızı siyahı"dan çıxarıldı

Fransa COVID-19 səbəbindən Türkiyəni səyahət məhdudiyyəti tətbiq etdiyi “qırmızı ölkələr” siyahısından çıxarıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Parisdəki səfiri Əli Onanər Tvitter hesabında yazıb.

Beləliklə, Türkiyədən Fransaya gedən sərnişinlər üçün 10 günlük məcburi karantin ləğv edilib.