“Fransaya payızda koronavirusun ikinci dalğası gələ bilər”.
Gununsesiaz.info bildirir ki, bu barədə BFMTV-yə Fransa hökuməti yanında Elmi Şuranın rəhbəri Jan-Fransua Delfressi danışıb.
Onun sözlərinə görə, üç mümkün ssenari var – virus cənub yarımkürəsindən şimala keçəcək və payızda və ya qışda yox olacaq; əsl ikinci dalğa olacaq; virus geri qayıdacaq və xroniki xəstəliyə çevriləcək – yayılacaq, sonra azalacaq, daha az intensivliklə il boyu davam edəcək.
J.Delfressi bildirib ki, ən ehtimal olunan ssenari ikinci dalğadır və bu, oktyabrdan dekabra qədər davam edə bilər.
Gununsesiaz.info
COMMENTS