FHN: Lənkəranda itkin düşən 8 nəfərin yeri müəyyən olunub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Lənkəran rayonunun İstisu qəsəbəsində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə vətəndaşların itkin düşməsu barədə məlumat daxil olub.

Bu barədə Gununsesi.info-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.

Xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində çətin keçidli dağlıq-meşəlik ərazidə yolunu azaraq itkin düşən 8 nəfərin yeri müəyyən edilərək xilas edilib.

Qeyd edək ki, axtarışlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və kənd camaatı da iştirak edib.

Gununsesi.info