Ferstappen Səudiyyə Ərəbistanı Qran-prisinin təsnifat mərhələsinin qalibi olub

  • By ilhame
  • 08 Mart 2024 22:36

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula 1” yarışında Səudiyyə Ərəbistanı Qran-prisinin təsnifat mərhələsinin qalibi olub.

Gununsesi.info-nun məlumatına görə, yarışlar Ciddə şəhər trasında keçirilir.

İkinci yeri “Ferrari” komandasından Çarlz Lekler tutub. İlk üçlüyü “Red Bull” komandasının meksikalı pilotu Serxio Peres qapayıb.

Əsas yarış şənbə günü baş tutacaq və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Gununsesi.info