ABŞ-da işsizlik səviyyəsi 3,9%-ə yüksəlib

  • By ilhame
  • 08 Mart 2024 19:44

ABŞ-da işsizlik səviyyəsi 2024-cü ilin fevral ayında 3,9%-ə yüksəlib.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Əmək Departamentinin hesabatda deyilir.

Qeyd olunub ki, fevralda işsizlik səviyyəsi 0,2 faiz bəndi yüksəlib və 2024-cü ilin yanvar ayı ilə müqayisədə 3,7% təşkil edib.

İşsizlərin sayı 334 min nəfər artaraq 6,5 milyon nəfərə çatıb. Bir il əvvəl bu rəqəm 6 milyon idi.

Gununsesi.info