Fazil Mustafa: “Yerevan sammiti ciddi nəticə doğurmayacaq”

Bu gün Ermənistanın paytaxtı Yerevanda Avropa Siyasi Birliyinin 8-ci sammiti keçirilir.

Gununsesi.info xəbər verir ki, sammitə Avropanın müxtəlif ölkələrindən, o cümlədən Avropa İttifaqı üzvləri və qitədən kənar dövlətlərin liderləri qatılır.

Tədbir “Gələcəyi qurmaq: Avropada birlik və sabitlik” devizi altında keçirilir.

Görüşdə regional təhlükəsizlik, enerji, iqtisadi əməkdaşlıq, o cümlədən Ukrayna məsələsi kimi mövzular müzakirə olunacaq.

Maraqlıdır, bu, Ermənistanın Avropaya inteqrasiya istiqamətində atdığı addımların önəmini vurğulayırmı?

Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması regiondakı güc balansını necə dəyişə bilər?

Bu barədə saytımıza açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, Ermənistanda sammitin keçirilməsi, təbii ki, ölkəni müəyyən qədər diqqət mərkəzinə gətirir. Ancaq burada qəbul edilən qərarların elə də böyük əhəmiyyəti olacağını düşünmürəm.

“İkili əməkdaşlıq səviyyəsində Ermənistan dəfələrlə bu addımı atdı, hətta Gürcüstanla vizasız rejimə keçdi, ancaq sonradan bunun geri çevrilməsi üçün Avropadan müəyyən təhdidlər gəldi. Gürcüstanın siyasi mövqeyi ilə bağlı müəyyən dərəcədə gerçəklişdirməyi bacardılar. Çünki Avropa İttifaqının təsir gücü və müəyyən proseslərə yön vermək qabiliyyəti xeyli aşağı düşüb. Xüsusilə də ABŞ ilə münasibətlərin elastik səviyyədə olması və müəyyən dərəcədə geriləmə müşahidə olunduğuna görə, hətta Ukrayna məsələsində belə təsir gücü itib. Hər nə qədər dəstək versələr də, Rusiya ilə münasibət, rəqabət baxımından xeyli zəif göründülər. Ermənistanda bu sammitin keçirilməsi, nəyinsə müzakirə edilməsi yeni bir stiusiya yaradacaq mahiyyətdə deyil. Ermənistan bunu bir piar olaraq istifadə etməkdədir. Azərbaycanın isə bu məsələdə mövqeyi daha müstəqildir. Xüsusilə də Avropa ittifaqının qəbul etdiyi bədnam qətnamələrə yönəlik Azərbaycanın bu əlaqələri dayandırmaq barədə qərarı hər halda bizim Avropa Birliyi ilə münasibətdə nə qədər müstəqil davranmağımızın göstəricisidir. Ermənistan isə eyni şeyi etmək imkanına sahib deyil. O hər zaman Avropa İttifaqınn həyata keçirilməsi mümkün olmayan vədlərinə özünün inandığını göstərməlidir. Halbuki ekstrimal vəziyyətlərdə Avropa İttifaqı heç bir dövlətin marağını qoruma imkanına sahib olmadığı imkanını göstərdi. Lyayenin də axırıncı açıqlamalarında Avropa Birliyinə namizəd olan ölkə haqqında Rusiya və İranla müqayisəli şəkildə danışması onu göstərir ki, bu münasibətlər Türkiyə və Azərbaycana dəyişməz olaraq qalır. Ona görə də bunların arxasınca getməyə ehtiyac yoxdur. Ermənistan üçün bəlkə hansısa bir imic baxımından faydalı görünə bilər, ancaq bizim üçün müstəqilliyimizin məhdudlaşdırılmasına yönəlik hansısa bir addıma immunitetimiz davam edəcəkdir. Bu sammitdə bizim QHT-lərin mina xəritələrin verilməsi və itkin düşənlərin yerinin dəqiq deyilməsi ilə bağlı müəyyən müraciəti də oldu. Ümid edək ki, ən azı bizim maraq bucağından bu məsələlərin həlli mümkün olacaqdır”, -deyə o qeyd edib.

Qeyd edək ki, sammitdən sonra 4-5 may tarixlərində Ermənistanla Avropa İttifaqı arasında ilk rəsmi ikitərəfli sammit keçiriləcək.

Orxan

Gununsesi.info