“Fənərbaxça” öz meydanında xal itirib

  • By Admin08
  • 17 Sentyabr 2025 23:24

Türkiyə Super Liqasında təxirə salınmış I və III turların oyunları keçirilib.

Gununsesi.info xəbər verir ki, “Fənərbaxça” öz meydanında “Alanyaspor”u qəbul edib.

Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

“Başakşəhər” səfərdə “Karagümrük”ü 1:0 hesabı ilə məğlub edib. Digər matçda isə “Samsunspor” “Kasımpaşa” ilə qolsuz heç-heçəyə razı olub – 0:0.

Gununsesi.info