Sumqayıtda 48 yaşlı kişi qətlə yetirilib

  • By ilhame
  • 13 Fevral 2024 20:01

Fevralın 12-də Sumqayıt şəhəri ərazisində 1976-cı il təvəllüdlü Abdullayev Rüfət Sovet oğlunun üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.

 

DİN Mətbuat Xidmətindən Gununsesi.info-ya bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qətli törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Qoşnəliyev Habil Bayram oğlu müəyyən olunaraq saxlanılıb.

 

İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlərə görə baş verib.

Gununsesi.info