Etirazçılar istefa ilə bağlı Paşinyana vaxt qoydu

  • By admin
  • 11 Noyabr 2020 19:28

Ermənistanın paytaxtı Yerevanda etirazçılar baş nazir Nikol Paşinyana gecə yarısına qədər könüllü istefaya getməsi ilə bağlı ultimatum veriblər.

Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, onlar eyni zamanda parlamentin fövqəladə iclasının çağırılmasını tələb ediblər.

Aksiyaçılar hökuməti kütləvi həbslərdən qaçmağa çağıraraq bunun “böyük səhv” olacağını bildiriblər.

Gununsesi.info