Estetik üz dolğuları etdirənlərə PİS XƏBƏR

“Moderna” firmasının peyvəndi estetik üz dolğuları etdirən insanlarda yan təsirlərə səbəb olur.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-ın Qida və Dərman İdarəsi bu barədə bildirib.

Qeyd olunur ki, vaksinasiya edilən sözügedən şəxslərdə şişmə və iltihablanma yaranır.

Dermotoloji mütəxəssislər bildirir ki, bu vəziyyət immun sisteminin reaksiya verməsi nəticəsində ortaya çıxa bilər. Bu da peyvəndin təbiətinə uyğun reaksiyadır.

Lakin bu problemin asanlıqla müalicə edilərək aradan qaldırılasının mümkün olduğu ifadə edilir.

Qeyd edək ki, “Moderna”nın peyvəndi 19 dekabrda ABŞ-da dövlət qeydiyyatından keçib.

Gununsesi.info