Ersin Tatar Almaniyadakı iş adamlarını KKTC-yə sərmayə qoymağa çağırdı – FOTO

Almaniyada səfərdə olan Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) prezidenti Ersin Tatar Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Berlindəki ofisini ziyarət edərək şərəfinə təşkil edilən səhər yeməyinə qatılıb.

Gununsesi.info xəbər verir ki, səhər yeməyində Baş nazirin müavini, turizm və mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlu da iştirak edib.

Ersin Tatar çıxışında dünyanın artıq Kıbrıs həqiqətlərini görməli olduğunu bildirib və köhnəlmiş, ədalətsiz embarqo və təcridlərin bir an əvvəl aradan qaldırılmasının vacib olduğunu vurğulayıb.

Kıbrısda bir razılaşma olacağı təqdirdə bunun yalnız iki bərabər suveren dövlətə əsaslanan bir həll modeli olması lazım olduğuna diqqət çəkən Tatar iki dövlətli həll modelindən əsla vaz keçməyəcəklərini deyib.

Quzey Kıbrıs Türk Cümhuriyyətinin Türkiyənin Aralıq dənizi və Mavi Vətəndə təhlükəsizliyi üçün əhəmiyyətli olduğunu bildirən Tatar Türkiyənin dəstəyi ilə bir çox nöqtədə layihələrin və işlərin aparıldığını bildirib.

Tatar KKTC-nin turizm, ali təhsil, kənd təsərrüfatı və tikinti sahələrində inkişafını davam etdirdiyini ifadə edərək, Almaniyada yaşayan iş adamlarını ölkəyə sərmayə qoymağa çağırıb.

MUSİAD-in Berlin vitse-prezidenti Əli İlhan Ersin Tatarı Berlində görməkdən məmnunluğunu ifadə edərək, onun Kıbrıs məsələsi ilə bağlı işinin əhəmiyyətinə diqqət çəkib.

Gununsesi.info