Ermənistanda hökumət binasının qarşısında İNTİHAR CƏHDİ – Üstünə bezin töküb…

Martın 7-də Ermənistan hökumətinin binası yaxınlığında insident baş verib.

Gununsesi.info erməni mediasına istinadən xəbər verir ki, bir nəfər üstünə maye (ehtimal ki, benzin) səpərək özünü yandırmaq istəyib. “Uzaq durun, hamını partladacağam. Mənim bütün dünyanı xilas etmək proqramım var, mən bütün dünyanın enerji mühəndisiyəm. “Ermənisiz Ermənistan” proqramını bir nəfər həyata keçirir və bu, Paşinyan deyil”-etirazçı bildirib.

Polis tez bir zamanda kişini zərərsizləşdirə bilib, onu maşına mindirərək uzaqlaşdırıblar.

 

Gununsesi.info