Çin 7 siyasətçiyə sanksiya tətbiq etdi

Çin Tayvandan olan 7 siyasətçiyə separatizm və adanın müstəqilliyinə dəstək verdiyi üçün sanksiya tətbiq edib.

Gununsesi.info Çin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, onların Çinə girişi qadağan edilib.

Daha əvvəl məlumat verilmişdi ki, Tayvana senator Ed Markinin başçılıq etdiyi ABŞ konqresmenlərindən ibarət nümayəndə heyəti səfər edib. Siyasətçilər Vaşinqton-Taypey münasibətləri, regional təhlükəsizlik, ticarət və investisiya, qlobal təchizat zəncirləri, iqlim dəyişikliyi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etmək üçün yüksək vəzifəli Tayvan rəsmiləri ilə görüşəcəklər.

Gununsesi.info