
Ermənistan Rusiyanın Dağlıq Qarabağda yerləşdirdiyi sülhməramlı missiyanın mandatının uzunmüddətli olmasını istəyir.
Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının Baş katibi Armen Qriqoryan Düşənbə şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında söyləyib.
“Hesab edirik ki, indiki məqamda rusiyalı sülhməramlıların Dağlıq Qarabağda uzunmüddətli əsasda yerləşməsini təmin etməliyik. Onların mövcudluğu regionda sülhə və erməni əhalisinin təhlükəsizliyinə xidmət edəcək”- deyə Qriqoryan söyləyib.