
Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərlə bağlı son məlumatlar açıqlanıb.
Gununsesi.info “Caliber” kanalına istinadən həmin döyüşlərin qısa xronologiyasını təqdim edir:
Bu gün saat 12:15 radələrində səngərlərdə yerləşən düşmənin canlı qüvvəsi, eləcə də minaatan qurğusu 4 hərbçisi ilə birlikdə dəqiq atəşlə məhv edilib.
Saat 12:20 radələrində düşmənin artilleriya mövqeyində daha bir 100 mm-lik KS-19 özüyeriyən qaubitsa zenit silahı məhv edilib.
Saat 12.28 radələrində isə “KAMAZ” markalı yük maşını məhv edilib.
Gununsesi.info