
İrəvanda 44 günlük müharibə nəticəsində həlak olmuş erməni hərbçilərin yaxınları, eləcə də onları dəstəkləyən sakinlər baş nazir Nikol Paşinyanın impiçmenti tələbi ilə parlamentin qarşısına toplaşıb.
Gununsesi.info Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, parlamentin ətrafına çoxlu sayda polis cəlb olunub.
Parlamentin binası polis qüvvələri tərəfindən əhatəyə alınıb. Parlamentə aparan əsas yol və küçələr bağlanlıb.
Qeyd edək ki, etirazçılar dünən də parlamentin binası önündə aksiya keçirmişdi.
Gununsesi.info