
Kəlbəcərdən İrəvana köçürülən ermənilər hökumət binasının qarşısında etiraz aksiyası keçirir.
Gununsesi.info xəbər verir ki, onlar evsizlikdən və baxımsızlıqdan şikayətlənir.
Dövlət məmurları ilə görüşməkdə israr edən etirazçılar, eyni zamanda, itirdikləri əmlaklarına görə Ermənistan hakimiyyətindən kompensasiya tələb edir.
Onlar arasında Qarabağdakı döyüş əməliyyatlarında iştirak edənlər də var.
Sakinlər bildirir ki, İrəvana köçürülmədən bir neçə saat öncə Kəlbəcərin Azərbaycanın nəzarəti altına keçməsi barədə xəbərdarlıq edilib. İndi Ermənistan hakimiyyətinin verdiyi yardım ev kirayələmək və kommunal xərcləri ödəmək üçün belə çatmır.
Aksiya iştirakçıları yerli özünüidarəetmə orqanlarının nümayəndələri və yüksək vəzifəli məmurların münasibətindən də narazıdırlar.
Keçmiş Kəlbəcər sakinləri Ermənistanın indi boş qalan kəndlərinə yerləşməyə və orada kənd təsərrüfatını inkişaf etdirməyə hazır olduqlarını söyləyir.
Qeyd edək ki, Azərbaycan üçtərəfli bəyanat əsasında Kəlbəcərin boşaldılması üçün ermənilərə 15 gün vaxt tanımışdı.
Gununsesi.info