Ermənilərin öldürdüyü 6 soydaşımızın nəşi Azərbaycana təhvil verildi

Sentyabr hadisələrində erməni hərbçiləri tərəfindən işgəncələrlə öldürülən və həmin görüntüləri yayılan 6 azərbaycanlının nəşi Azərbaycan tərəfinə təhvil verilib.

Gununsesi.info xəbər verir ki, bunu Baş Prokurorluğun istintaq idarəsinin rəisi Nemət Əvəzov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində sualı cavablandırarkən deyib.

O xatırladıb ki, sosial şəbəkələrdə yayılan digər görüntülərlə bağlı istintaq qrupu tərəfindən araşdırmalar davam etdirilir.

Gununsesi.info