
İşğalçı Ermənistan hərbi itkilərini açıqlamaqda davam edir.
Gununsesi.info xəbər verir ki, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı məhv edilən erməni hərbçilərinin növbəti siyahısını “Sputnik Ermənistan” saytı yayıb.
Bildirilir ki, ermənilər oktyabrın 10-da daha 25 hərbçi itirib. Bununla da Ermənistan tərəfi 430 hərbçisinin öldüyünü etiraf edib.
Gununsesi.info