Ermənilər Kəlbəcərdən çıxarkən daşınması mümkün olan hər şeyi aparıblar - VİDEO

  • By admin
  • 15 Noyabr 2020 10:23

Saat 22:00 radələrində və daha sonra yüzlərlə avtomobil hələ də Kəlbəcərin yaşayış məntəqələrindən çıxıb.

Gununsesi.info xəbər verir ki, “Sputnik Ermənistan”ın müxbirləri Kəlbəcər və İrəvan-Xankəndi magistral yolunun kəsişməsində (Vardenis yolu ilə) görüntüləri lentə alıblar.

Qeyd edilir ki, Kəlbəcərdə olan sakinlərə saat 00:00-dan əvvəl ərazini tərk etmələri barədə xəbərdarlıq edilib.

Onlar aparılması mümkün olan hər şeyi – mebel, tikinti materialları, heyvanlar, avtomobillər və başqa şeyləri aparıblar.

Qarabağla əlaqəli bağlanan üçtərəfli müqaviləyə görə, Kəlbəcər rayonu Azərbaycana təhvil verilməli olan rayonlardan birincisidir.

Gununsesi.info