Əri 25 yaşlı arvadına xəsarət yetirib, tavandan asdı: İntihar görüntüsü yaradıb

  • By Günel
  • 24 Mart 2025 20:35

Naxçıvanda 25 yaşlı qadının asılmış meyiti tapılıb.

Gununsesi.info xəbər verir ki, əvvəlcə Sədərək rayon sakini Aytac İbrahimlinin intihar etdiyi bildirilib.

Hüquq-mühafizə orqanlarının ilkin araşdırması nəticəsində Aytacın əri tərəfindən asıldığına dair şübhələr müəyyən edilib.

İlkin məlumata görə, 33 yaşlı Azər İbrahimli həyat yoldaşına əvvəlcə xəsarət yetirib, daha sonra onu tavandan asıb. Artıq A.İbrahimli saxlanılıb.

Faktla bağlı araşdırma davam edir.

Gununsesi.info