
“Türk Dünyasının böyük oğlu, ürəyi Azərbaycanla, Qarabağla, ümumən bütün Türk coğrafiyası ilə döyünən əziz dostum Yalçın bəy Topçu doğulduğum Kəlbəcərin işğal günüylə bağlı Türkiyə mediasında həzin və kövrək bir paylaşım edib mənə də göndərdi. Hörmətli Yalçın bəyin bu səmimi mesajını Azərbaycanlı oxucularla paylaşmağı məqbul saydım”.
Gununsesi.info-nun xəbərinə görə, bunu Azərnəşrin Baş redaktoru, sabiq millət vəkili Əlövsət Ağalarov sosial şəbəkədə yazıb.
Sabiq deputat Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Yalçın Topçu 1993-cü ilin 03 aprelində Kəlbəcərin işğalı haqqında ona yolladığı qeydləri də təqdim edib.
Həmin qeydlərində Yalçın Topçu yazır:
Ermənistan 03 aprel 1993-cü ildə Azərbaycanın öz torpağı olan Kəlbəcərdə qətl etdiyi 500 mülki şəhidləri sayğı və rəhmətlə anıram. O günlərdə zülümlə yurdlarından çıxan 54 min köçkünün hər bir fərdini sayğıyla salamlayıram.
Elmar
Gununsesi.info