Ərdoğan İraqın baş naziri ilə görüşdü - FOTOLAR

  • By Mina
  • 22 Aprel 2024 14:38

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı İraqa səfəri çərçivəsində paytaxt Bağdadın hava limanında ölkənin baş naziri Muhammed Sudani rəsmi mərasimlə qarşılayıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

 

Bu, Ərdoğanın 13 ildən sonra İraqa ilk səfəridir. Səfər çərçivəsində yüksək səviyyəli görüşlərin keçirilməsi və sənədlərin imzalanması gözlənilir.

 

Gununsesi.info