Bakıda məktəbdə intihar edən Elina Hacıyevanın anası Sevil Hüseynova Prezident İlham Əliyevə müraciət edib.
Gununsesi.org-un məlumatına görə, S.Hüseynova ölkə başçısına ünvanladığı müraciətində qızının ölümündə təqsirli bilinən şəxslərin cəzalandırılmasını xahiş edib.
İş üzrə keçirilmiş son məhkəmə prosesində dövlət ittihamçısı təqsirləndirilən şəxs -162 saylı məktəbin sabiq direktoruna 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza istədiyini qeyd edən S.Hüseynova hadisəyə görə heç bir həkimin məsuliyyətə cəlb edilmədiyini bildirib: “Məsuliyyətə cəlb olunan sabiq direktora da ədalətli cəza verilmir! Ana fəryadına biganə qalmayın!”
COMMENTS