Prezidentin general rütbəsi verdiyi şəxslər kimdir?

  • By ilhame
  • 22 Dekabr 2021 17:23

Xəbər verdiyimiz kimi, bu gün Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib. 

Gununsesi.info xəbər verir ki, Sərəncama əsasən,

FHN-nin iki hərbi qulluqçusuna “general-leytenant”, 3 nəfərə isə “general-mayor” ali hərbi rütbələri verilib.

General-leytenant rütbəsi verilən İlham Əyyub oğlu Abdullayev FHN-nin Mülki Müdafiə qoşunlarının komandanıdır.

Digər general-leytenant rütbəsi verilən Şahmar Ənvər oğlu Paşayev isə Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisidir.

General-mayor rütbəsi alan Adil Ələsgər oğlu Abdullayev Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin, Raul Süleyman oğlu Zeynalov isə Bakı Regional Mərkəzin rəisinin birinci müavinidir.

Ali hərbi rütbə alanlardan Əşrəf Məmməd oğlu Qasımov isə FHN-nin aviasiya dəstəsinin rəisidir.

Gununsesi.info