
Microsoft Edge brauzeri Windows, macOS, Android, iOS və Linux üçün mövcuddur.
Microsoft şirkəti xüsusi Microsoft Edge brauzerinin yayılma statistikasını açıqlayıb.
Şirkətin məlumatına görə, hazırda 600 milyondan çox insan Microsoft Edge-dən istifadə edir.
Şirkət nailiyyəti ilə öyünmək üçün qeyri-adi bir yol seçib. Statistika Hindistandakı nümayəndəliyin biznes təsvirində verilib.
Xatırladaq ki, Microsoft Edge artıq Windows, macOS, Android, iOS, macOS və Linux üçün versiyalarda mövcuddur. Microsoft Edge-in yeni Chromium əsaslı versiyası Windows 10 üçün standart brauzerdir.
Gununsesi.info