DYP sürücülərə xəbərdarlıq edir - Foto

DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi paytaxt sürücülərinə küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Gununsesi.info-ya daxil olan xəbərdarlıqda deyilir:

 

“Mövcud hava şəraiti ilə əlaqədar yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülərdən nəqliyyat vasitələrini tikinti işləri aparılan yerlərin, ağacların, iri həcmli reklam lövhələrinin, ümumiyyətlə küləyin təsiri nəticəsində aşma, yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya altında saxlamamağı tövsiyə edirik”.