Dünyanın ən dəbdəbəli dəmir evi

Memar Robert Brunonun layihəsi ilə futuristik üslubda tikilən ev dünyanın ən dəbdəbəli evlərinin reytinqinə daxildir.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, memarın təqdim etdiyi dəmir evin nəinki dayaq dirəkləri, həmçinin fasadı da metaldan hazırlanıb.

20 ilə başa gələn evin inşasında 110 ton poladdan istifadə olunub. Dəmir evin yaşayış sahəsi isə təqribən 300 kvadratmetrdir.

Evin tikintisində memar bilavasitə özü iştirak edib.

Gununsesi.info