Britaniya XİN-nin nümayəndələri ilə vəkillə jurnalistin həbsindən danışılıb

İnsan haqları fəalı Zaur Əkbər Böyük Britaniyanın Azərbaycandakı səfirliyində bu ölkənin XİN nümayəndələri ilə vəkil Elçin Sadıqovun və jurnalist Əvəz Zeynallının həbsi barədə müzakirə aparıb.

Bu haqda Gununsesi.info-ya danışan Zaur Əkbər deyib ki, Böyük Britaniyanın Xarici İşlər
nazirliyinin Mərkəzi Asiya və Şərqi Avropa ofisinin rəhbəri xanım Katie Dunn ilə görüşüb:
“Görüşdə ölkədəki ictimai-siyasi durum, vətəndaş cəmiyyətinin vəziyyəti, xüsusilə də iki gün əvvəl saxta ittihamlarla həbs olunmuş vəkil Elçin Sadıqov və jurnalist Əvəz Zeynallının məsələsi geniş müzakirə edildi.

Görüşdə “Dezinformasiyaya qarşı Mübarizə və Media İnkişafı” üzrə baş məsləhətçi Ross Mc Dermott da iştirak edirdi”.

Günay
Gununsesi.info