BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Ərzaq Proqramı (WFP) dünyada milyonlarla insanın aclıq təhlükəsi ilə üzləşə biləcəyini açıqlayıb.
Hesabatda Haiti, Mali, Fələstin, Cənubi Sudan, Sudan və Yəmən “fəlakətli aclıq riski” ilə üzləşən ölkələr kimi göstərilib. Əfqanıstan, Konqo Demokratik Respublikası, Myanma, Nigeriya, Somali və Suriya isə “çox yüksək narahatlıq” kateqoriyasına daxil edilib.
WFP-nin icraçı direktoru Sindi Makkeyn qeyd edib ki, “qarşısı alına bilən aclıq fəlakətinin astanasındayıq” və tədbir görülmədiyi halda bu, qeyri-sabitliyə, miqrasiyaya və münaqişəyə səbəb olacaq.
Hesabatda həmçinin humanitar yardım üçün tələb olunan 29 milyard dollardan yalnız 10,5 milyardının təmin edildiyi bildirilir.
FAO isə əkin mövsümləri başlamazdan əvvəl toxum və heyvandarlıq sağlamlığı xidmətlərinə maliyyə ayrılmasının vacibliyini vurğulayıb.
Günay













