
“Türk Şurası nümayəndə heyəti olaraq biz daha öncə, Ermənistan tərəfindən raket atılandan qısa müddət sonra da Gəncəyə gəlmişdik. Bu, bir faciədir”.
Gununsesi.info xəbər verir ki. bunu APA-ya Türk Şurası Baş katibinin müavini Qismət Gözəlov bildirib.
O deyib ki, 44 gün davam edən Vətən müharibəsi zamanı Türk Şurası hər zaman Azərbaycanı dəstəkləyib, üzv dövlətlər adından bəyanatlar verilib:
“İkinci Qarabağ Müharibəsindən sonra da Dağlıq Qaradağda həyata keçiriləcək quruculuq işlərində Türk Şurasına üzv dövlətlər dəstəklərini əsirgəməyəcəklərini bildiriblər. Bu il aprelin sonunda Türk Şurası çərçivəsində biznes-forumun keçirilməsi nəzərdə tutulur. Bu biznes-forumda məqsəd üzv ölkələrin iş adamlarını bir araya gətirmək, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində infrastruktur layihələrinin həyata keçirilməsində yaxından iştirak etməkdir”.