
Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” birliyinin direktoru general Ehtiram Xəlilov gömrük və Əməliyyat-istintaq Baş İdarəsinin rəisi general Məsum Rəsulov Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs olunub. Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsləri aşağıdakı qanunsuz əməllərə görə həbs olunub:
-Cəbhəyə əsgərlər üçün göndərilən siqaretlərin mənimsənilməsi və başqa şəxslərə satılması;
– Gömrük hərracları zamanı ayrı-ayrı şəxslərlə qabaqcadan əldə edilmiş razılığa əsasən dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin real dəyərindən aşağı qiymətləndirib satılması;
– Külli miqdarda rüşvətin alınması;
– Ölkə ərazisinə daxil olmasına xüsusi icazə tələb edilən iriölçülü və ağırçəkili xarici yük maşınlarının sahiblərindən təkrar rüşvət alma;
– Müəyyən xidmətlərin göstərilməsi adı ilə 6-dan çox şirkətin hesabına dövlətin pulunun köçürülməsi və mənimsənilməsi.
Gununsesi.info