Dini Komitə ABŞ-dakı tədbiri ictimaiyyətə niyə yanlış təqdim edib? - ARAŞDIRMA

  • By admin
  • 01 Noyabr 2022 13:08

Bu yaxınlarda Amerikanin paytaxtı Vaşinqtonda “Qlobal sülh və təhlükəsizlik naminə dinlərarası harmoniya” mövzusunda beynəlxalq konfrans keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, Azərbaycanda qeydiyyatdan keçmiş digər dinlərin və təriqətlərin nümayəndələri də tədbirə aparılıb və səfər xərclərini dövlət ödəyib.

Araşdırmamız zamanı bəlli olub ki, xarici auditoriyaya hesablanmış bu  tədbir əslində Bakıda keçirilməliymiş. Lakin yəhudilərin və katoliklərin  dəstəyi ilə tədbir Vaşinqtonda keçirilib. Lakin bu tədbir ölkə mətbuatında çox işıqlandırılmayıb. Yalnız Azərtac ABŞ-nin Etnik Anlaşma Fondunun prezidenti Ravvin Mark Schneierin verdiyi müsahibəni dərc etməklə bu tədbir barədə qısa məlumat verib.

Təəccüblüsü budur ki, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi  özünün saytında bu tədbiri elə işıqlandırıb ki, guya bu konfrans ABŞ-nin Briqam Yanq Universitetinin tabeliyindəki Hüquq və Dini Araşdırmalar üzrə Beynəlxalq Mərkəzi, Amerika Katolik Universitetinin Kolumbus Hüquq Məktəbi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.

Lakin Vaşinqtondakı mənbələrin xəbər saytlarında bu tədbir başqa cür işıqlandırılıb. Yəni Konfransın Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən Briqam Yanq Universitetində Beynəlxalq Hüquq və Din Araşdırmaları Mərkəzinin tərəfdaşığı ilə keçirildiyi bildirilir.

Maraqlısı budur ki, Vaşinqtona aparılan digər dinlərin nümayəndələrinin adları da Dini Komitənin saytında yer almayıb. Bundan başqa həmin şəxslərin adları və təmsil etdikləri din və təriqətlərin adları da açıqlanmayıb.

Daha dəqiq desək, söhbət “Qlobal sülh və təhlükəsizlik naminə dinlərarası harmoniya”dan gedirsə, həmin şəxslərin adları və mənsub olduqları din və təriqətlərin adları açıqlanmalı idi.

 

Elmar Elnuroğlu

Gununsesi.info