Dilqəm Əsgərovun yeni fotosu yaylıdı - FOTO

  • By admin
  • 19 Noyabr 2020 17:48

Hazırda Ermənistanda qirovluqda saxlanılan Kəlbəcər rayon sakini Dilqəm Əsgərovun yeni fotosu yayılıb.

Gununsesi.info-nun xəbərinə görə, onun oğlu Koroğlu Əsgərov sosial şəbəkə hesabında bu fotonu paylaşıb.

Oğlu qeyd edib ki, atası Kəlbəcərin işğaldan azad edilməsindən xəbərdardır və bu fotodaki ifadə onun necə sevindiyini göstərir.

 

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

 

Gununsesi.info