Deputatların maaşı artırılır - ÖZƏL

  • By admin
  • 02 Mart 2026 12:07

Milli Məclisin deputatlarının əmək haqları artırılır.

Gununsesi.info-nun xəbərinə görə, yeni qaydalarla əsasən, deputatların əmək haqları təxminən 40 faiz artımla veriləcək.

Bununla da Milli Məclis üzvlərinin aylıq məvacibi 7 min 455 manat təşkil edəcək.

Bildirilir ki, bu artım Milli Məclisin sədri, müavinləri və komitə sədrlərinə də şamil olunub.

Qeyd edək ki, sıravi deputatların maaşı Milli Məclis sədrinin əmək haqqının 70 faizi miqdarında müəyyən edilib.

Bu qərarla bağlı müraciət etdiyimiz millət vəkilləri xəbəri nə təsdiq, nə də inkar ediblər.

Adlarının çəkilməsini istəməyən millət vəkilləri bildirib ki, artımla bağlı şifahi məlumatları olsa da, hələlik bu məlumat rəsmiləşməyib.

“Artımın olub-olmamasını son ayın əmək haqqını alanda bilcəyik”, – deyə millət vəkilləri bildirib.

Afət

Gununsesi.info