
“Son günlər uşaq intiharları çoxalıb”.
Gununsesi.info xəbər verir ki, bunu parlametin iclasında çıxış edən deputat Könül Nurullayeva bildirib.
Deputat uşaq intiharlarının ailə daxilində yaranmış münaqişələr nəticəsində baş verdiyini deyib:
“Bir məqam xüsusilə diqqət çəkir. Uşaq intiharları və azyaşlılara qarşı törədilən hallara hüquqi qiymət verilirmi? Təbii ki, uşaqlar azyaşlı olduğundan hüquq-mühafizə orqanlarına müraciət edə bilmir.
Bu sahədə işlər gücləndirilsə, hər şey daha yaxşı olar. Hesab edirəm ki, bu məsələdə birgə addımlar atılmalıdır”.
Gununsesi.info