
“Mənə məlumat gəlir ki, teatrlarda yaşlı aktyorları təqaüdə göndərirlər”.
Gununsesi.info xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas bildirib.
“Sənətkarın yaşımı olur? Şairə deyirik ki, yaşlısan, şeir yazma? Teatr direktorları özləri üçün respublika yaradıb, istədikləri kimi hərəkət edirlər. Bu dərəcədə sənətkara münasibət göstərmək olmaz. Mədəniyyət Nazirliyi bu məsələ ilə bağlı ciddi işlər görməlidir. Allah o aktyorlara da kömək olsun”, – deyə deputat vurğulayıb.
Gununsesi.info