
Futbol üzrə dünya çempionatının qrup mərhələsi çərçivəsində Tunis və Avstraliya milliləri arasında matçın ikinci hissəsi başladı.
14:51
Futbol üzrə dünya çempionatının qrup mərhələsi çərçivəsində Tunis və Avstraliya milliləri arasında keçirilən görüşün birinci hissəsi başa çatdı.
Avstraliya millisi fasiləyə 0:1 hesablı üstünlüklə yollandı.
14:27
DÇ-2022-nin qrup mərhələsi çərçivəsində Tunislə qarşılaşan Avstraliya millisi hesabda önə keçib. 0:1
14:00
Futbol üzrə dünya çempionatının qrup mərhələsi çərçivəsində Tunis və Avstraliya milliləri arasında görüş başlandı.
13:15
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının D qrupunun II turunda üz-üzə gələcək Tunis və Avstraliya yığmalarının start heyətləri bəlli olub.
Komandalar meydana aşağıdakı oyunçularla çıxacaqlar.
Tunis: Aymen Dahmen, Montassar Talbi, Yassin Meria, Dilan Bronn, Yussef Msakni (k), 9. İssam Cebali, Aysa Layduni, Elyess Sxiri, Məhəmməd Drager, Ali Abdi, Naim Sliti;
Avstraliya: Metyu Rayan (K), Aziz Behiç, Mitçell Dyuk, Kreyq Qudvin, Cekson İrvin, Mettyu Leki, Rayli Makqri, Aaron Muy, Kay Rouls, Harri Suttar, Fran Karaçiç.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Gununsesi.info