Daşkənddə irimiqyaslı beynəlxalq tədbir – Dövlət və hökumət başçıları bir araya gəlir

Daşkənddə irimiqyaslı beynəlxalq tədbir – İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 16-cı sammiti başlayır.

Gununsesi.info bildirir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Əsədov məlumat verib.

Sammitdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti İbrahim Rəisi, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov, Qazaxıstanın Baş naziri Əlixan Smailov, Pakistan Müvəqqəti Hökumətinin rəhbəri Ənvər ül-Haq Kakar və İƏT-in baş katibi Xusrav Noziri iştirak edəcəklər.

Noyabrın 8-də nümayəndə heyətləri Daşkəndə gəlməyə başlayacaq. Şerzod Əsədov qeyd edib ki, Özbəkistan prezidenti çərşənbə günü Qırğızıstan, Türkiyə prezidentləri, Pakistanın müvəqqəti hökumətinin başçısı və İƏT-in baş katibi ilə ikitərəfli görüşlər keçirməyi planlaşdırır.

Yüksək səviyyəli görüş noyabrın 9-da baş tutacaq. Özbəkistan prezidentinin mətbuat katibi bildirib ki, sammit çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.

Gununsesi.info