“Dağlıq Qarabağ münaqişəsinin həllini tapmalıyıq”- Rəsmi Ankara

“Dağlıq Qarabağ münaqişəsinin həllini tapmalıyıq”

“Beynəlxalq hüquqa və ərazi bütövlüyünə əsaslanaraq Dağlıq Qarabağ münaqişəsinin həllini tapmalıyıq”.

Gununsesi.org APA-ya istinadən  xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bratislavada ATƏT Nazirlər Şurasının 26-cı iclasında çıxışı zamanı deyib.

Türkiyə XİN başçısı Gürcüstan, Moldova və Azərbaycanda dondurulmuş münaqişələrin hələ də həll olunmamış qaldığını diqqətə çatdırıb.

O qeyd edib ki, dondurulmuş münaqişələr beynəlxalq hüquqa və ərazi bütövlüyünə əsaslanaraq həll olunmalıdır.

Gununsesi.org

COMMENTS