Dəmirtaş həbsxanadan müxalifətə səsləndi - QARŞIDA 4 AY VAR

  • By admin
  • 23 Yanvar 2023 19:34

Hazırda həbsdə olan Xalqların Demokrat Partiyası  (HDP) lideri müxalifət liderlərinə mesaj ünvanlayıb.

Gununsesi.info-nun xəbərinə görə, Dəmirtaşın rəsmi Tvitter hesabında “Bütün liderlərə səslənirəm, tezliklə hamınızla görüşəcəyik; istər içəridə, istərsə də bayırda” deyə  çağırışı əks olunub.

HTML tutorial

Müxalifəti prezidentliyə namizədliyi və ittifaqı üçün tənqid edən Dəmirtaş mesajlarında bu ifadələrə yer verib:

“Üç il ərzində biz demokratiya ittifaqına malik olmaq üçün mübarizə apardıq və müxalifət də daxil olmaqla hamı onun baş verməməsi üçün üzərinə düşəni etdi. Xalq kasıblaşaraq demokratik ittifaq yaratdı, təəssüf ki, partiyalar bacarmadı. İndi qarşımızda dörd ay var, ortaq namizəd deyirik, yenə də hər kəs əlindən gələni edir ki, olmasın. Bu nə cür dəlilikdir?

Tərcümə:

Afət