
Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan Xankişiyev Kamran Kamal oğlu dələduzluq faktı ilə üzləşib.
Gununsesi.info xəbər verir ki, hüquq-mühafizə orqanlarına üz tutan vətəndaş şikayətinə baxılması və ədalətli nəticənin əldə olunmasına görə Daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.
Vətəndaş müraciətin bir nüsxəsini saytımıza təqdim edib:
10.05.2021-ci il mən Xankişiyev Kamran Kamal oğlu Qobu kəndinə gedərkən torpaq sahəsi axtarırdım və həmin vaxt Qobu qəsəbəsində Xankərəmov Samir Pənah oğlu mənimlə rastlaşdı və mənə dedi ki, bizim 8 sot torpağımız var. Amma 2 sotu satılıb, 6 sot qalıb. Mənə təkliflərini irəli sürdü. Mənim qohumum Rəhimov Şaiq Kamal oğlu və qonşum Eyvazov Şəbnəm (şəhid bacısı) Hamımız kirayə qalırıq. Mən onlara məlumat verdimki 6 sot torpaq var sotu 2000 AZN satılır. Biz torpağa gedib baxarkən Xankərəmov Pənah və onun oğlu Samir gəldilər torpağı göstərdilər. Onlar bizə təklif irəli sürdülər ki, hərənizə 2 sot sənədlə Yasamal 19 saylı Notariat kontorunda çıxarışla verə bilərik. Bizdə getdik Yasamal 19 saylı Notariata və orda üçümüzədə ayrı ayrılıqda 2 sot sənəd verildi. Bizdə orda Notariat kontorunun qarşısında adama 4000 AZN pul vermişik. Cəmilikdə 12000 AZN pul verilib. Üstündən 25 gün keçəndən sonra biz tikintiyə başlamaq istədikdə Qobu qəsəbə bələdiyyəsi bizə yaxınlaşdı. Bizdə ona sənədləri təqdim etdik və bizə dediki bu sənədlər saxtadır, işi dayandırın. Biz ona dedik ki, bizə bu sənədi Xankərəmov Samir Pənah oğlu torpağı bizə notarial qaydada satıb. Bizə orda bildirdilər ki, bu şəxs dəfələrlə bir neçə şəxsə həmin bu yeri satıb. Biz Qobu qəsəbəsinin Polis idarəsinə yaxınlaşdıq, ərizəmizi verib öz şikayətimizi bildirdik. Ordanda iş 29- cu Polis bölməsinə verildi. Tədqiqatçı kapitan Ceyhun Hüseynov bizi polis bölməsinə dəvət etdi. Orda yenə ərizələrimizi verdik. Bizim yanımızda atasınada , oğlunada zəng elədi cavab vermədilər. Biz özümüz Xankərəmov Samirgilə dəfələrlə getmişik bizə deyib ki, biz heç kimi hərrəmirik. Ondan sonra biz Elektron poçtla cənab Nazir Vilayət Eyvazova müraciət etmişik ki, bizim işə baxılsın.
Sizin saytınız vasitəsi ilə bir daha cənab nazirdən xahiş edirəm ki, bizə köməklik edəsiniz.
Gununsesi.info