
“Dünya ölkələri öz strategiyalarını koronavirusun yoluxma halının indiki vəziyyəti ilə uyğunlaşdırmalıdır”
Gununsesi.info xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatı ÜST-ün sözçüsü Tarik Yaşareviç deyib.
Onun sözlərinə görə, səhiyyə sektoruna sərmayə qoymaq və tibb personalına əlavə ianələr vermək vacib məsələdir:
“Bu gün biz bir-iki il əvvəlkindən daha yaxşı vəziyyətdəyik, COVID-19 ilə mübarizə aparmaq üçün peyvəndlərimiz var”.
Qeyd edək ki, noyabrın 25-nə olan məlumata görə, ÜST pandemiyanın başlanğıcından indiyədək dünyada 636 440 663 koronavirus hadisəsi və 6 606 624 ölüm hadisəsi qeydə alıb. Ən çox infeksiyaya yoluxanlar Yaponiyada, Koreya Respublikasında, Fransada və Çindədir.
Ümumilikdə dünyada yeddi gün ərzində xəstələnmə əvvəlki həftə ilə müqayisədə 5% azalıb.
Gununsesi.info