Con Kennedinin bacısı vəfat etdi

Con Kennedinin bacısı vəfat etdi

Con Kennedinin kiçik bacısı, 92 yaşlı Cin Kennedi Smit bu gün vəfat edib.

Gununsesi.org xəbər verir ki, bu barədə “The New York Times”a Cin Kennedinin qızı Kim Kennedi məlumat verib. Bildirilib ki, Cin Kennedi Con Kennedinin 9 bacı və qardaşından sonuncu həyatda olan şəxs idi.

Qeyd edək ki, 90-cı illərdə Cin Kennedi ABŞ Prezidenti Bill Klintonun Dublindəki nümayəndəsi kimi fəaliyyət göstərib və Şimali İrlandiyada sülh razılaşmasının əldə olunmasında mühüm rol oynayıb.

 

 

Gununsesi.org

COMMENTS